Əsas məzmuna keç

Qoşma

Görürsənmi oğrun baxan gözəli

Aşıq Ələsgər

1

Görürsənmi oğrun baxan gözəli, Tərlan kimi necə cilvələnibdi?! Öz nurundan xəlq eyləyib ilahi, Gözləri qüdrətdən sürmələnibdi.

Xoş saatda xoş gəlibdi cahana, Yoxdu gözəlliyə qüsur, bəhana; Qənd əzilib dilə, dişə, dəhana, Qaymaq dodaqlara bal bələnibdi.

Ələsgər qurbandı belə gəlinə, Sona kimi cumub eşqin gölünə, Gümüş kəmər xub yaraşır belinə, Yaxası qızıldan düymələnibdi.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.