Görünür
Yükü çəkə bilməyəndə, Dərdin birə min görünür. Əlin çatmır Allaha da, Nə Tanrı, nə din görünür.
Yırtılır üzdəki pərdə, Doy gələ bilmirik dərdə. Gözümüzdə mələklər də, Şeytan olur, cin görünür.
Duman bizi bürüyəndə, Dağdan-dağa sürüyəndə, İçərimiz çürüyəndə, Çölümüz miskin görünür.