Görünməz
Durgil, Cəbrayıldan xəbər sorayım, Nə səbəbdən gözəl yarım görünməz? Dolanıb qapına gündə varayım, Əhdi-peyman − ol iqrarım görünməz.
Fələk, çərxi-dövran biqərar gəlmiş, Namusdan dış düşüb, haqdan utanmış, Çox gənclərlər qocalıb, qoca gənc olmuş, Çırağım sönübdir, narım görünməz.
Xəsislər mərd olub, gəda şah olub, Mərdlər namərd olub, pir dindən qalıb, Əzanlar kəsilıb, məscid yapılıb, Haqdan özgə bir azarım görünməz.
Məxdumqulu deyər, bu nə hekayət, El varı alimdır, tutmaz nəsihət, Asmandan enibdir zəminə afət, İsa, Mehdi, Məlik Əjdər görünməz.