Görünər
Adəm oğlu, seyr qılsan, Dünyada dükan görünər. Bu faniyə nəzər salsan, Gözünə cahan görünər.
İskəndərə torun quran, Süleymana ərzə varan, Qarun-Harun varın vuran, Ol fələk pəlvan görünər.
Cəbr görüb yanan canlar, Çarə tapmayan dərmanlar, Dünyada çoxdur ümmanlar, Beş sanı ümman görünər.
Sərinə duman bürünən, Göz yaşı yerdə sürünən, Göydə bulud tək görünən Dağlarda duman görünər.
Çin-Maçində taxtın quran, İranı, əfqanı saran, Hindistan, Xotənə varan Ataniyaz xan görünər.
Dağ sərindən güzər salsan, Ol yeri yurd edib qalsan, Şol yanından nəzər salsan Ulu Dehistan görünər.
Pərdə çəkib üzlərimə, Rəvac verib sözlərimə, Məxdumqulu, gözlərimə Bircə Mənli xan görünər.