Görüm
Uzat ömrümüzü arzular qədər, Gözəlim, hüsnünü daim şən görüm. Nə geniş qəlbində bir damla kədər, Nə qara gözündə duman, çən görüm.
Qıymaram şüşətək ürəyin sına, Həyat çox görməsin yarı yarına. Etibar eylədim etibarına, Dəyişmə, hər zaman səni sən görüm.
Yaşat eşqimizi, yaşa yar kimi, Tez gəlib, tez getmə sən bahar kimi. Saçımız ağarsa bir gün qar kimi, Mən onda günahı bəs kimdə görüm.
1973, 25 noyabr