Görsəm
Dehistanın bayrında Badi-səbanı görsəm. Bəhaəddin Mirqulal, Zəngi Babanı görsəm.
Nəleyni ərşə tacdır, Adı aləmə bacdır, İki cahan möhtacdır, Ərəb zəbanı görsəm.
Gələn keçər çeşt edib, Əylənməz güzəşt edib, Könül deyər gəşt edib, Gəzsəm, cahanı görsəm.
Xıdır kimi çöllərdə, İlyas kimi sularda, Kavus kimi dağlarda, Yaxşı-yamanı görsəm.
Yuxarda Hindistanı, Arxada Türküstanı, Övliyalar ümmanı Ol Rumistanı görsəm.
Can dəli, cahan şeyda, Bundan gələrmi fayda, Yeddi dağ, yeddi dərya, – Dəli ümmanı görsəm.
Məxdumqulu xoş olsa, Axsa didəm, yaş olsa, İmanım yoldaş olsa, Varsam, Kəbəni görsəm.