Əsas məzmuna keç

Qoşma

Görmüşəm

Məxdumqulu Fəraqi

1

Həmrah olub ol namərdlə, bircə zaman yürmüşəm, Dözüb onun hər dərdinə, qıldıq işin görmüşəm.

Bir zamanda bir gül gəlib, hasil oldu bağıma, Neyləyim mən ol süsəni, əndəlibə vermişəm.

Ol əndəlib şadi-xürrəm oldu gülə sataşıb, Ağlım kəsməz, nə hekayət varın ondan sormuşam.

Dedi: «Pərvanə mənəm, eşq aləminə baş qoşub, Bu süsənin dərdi ilən özüm nara urmuşam».

Gəlib şeytan, alıb gülü atəş içrə atar oldu, Suzanını mən unudub, atəş içrə girmişəm.

Cani-tənim varını xakistər qıldı atəş, Badi-səba əsər oldu, asmana sovrulmuşam.

Məxdumqulu, axmaq oldum, nadanlığım yey ikən, Ərsə ələm ilən gəzəm, bu iqbalı bəyənmişəm.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.