Görməyə
Əvvəlini görməmişəm dünyanın, Gümanım yox axırını görməyə. Qalayını görmüşəmsə bəsimdi, Meylim yoxdu paxırını görməyə.
Söhbətiyəm pərdələrin, simlərin, Sirdaşıyam ötüb-keçən dəmlərin. Yaranmışam sevinclərin, qəmlərin, Yüngülünü, ağırını görməyə.
Ürəyimdə bir dünyalıq məhəbbət, Yormaz məni nə ayrılıq, nə həsrət. Axtardığım həqiqətdir, həqiqət, Can atıram axır onu görməyə.