Görmədim səni
Beş ay illər qədər uzandı getdi, Beş ayda bir dəfə görmədim səni. Bəlkə, durna kimi üfüqlərdəsən, Boylandım o səfə, görmədim səni.
Gözləmək dünyanın ən ağır yükü, Həsrətdən ağardı başımın tükü. Baxmaqdan saraldı gözümün kökü, Baxdım sən tərəfə, görmədim səni.
Bahar görünərdi qarlı qış mənə, Muştuluq verərdim dosta, düşmənə. Şərəf gətirərdi bu görüş mənə, Çatıb o şərəfə, görmədim səni.
2001, 11 aprel