Görəsən
Bu payız yağışıdı, bu həftəlik yağışdı, Başladısa, deyəsən, kəsməyi gec olacaq. Göynədər ruhumuzu payızın ağrıları, Nəmli buludlar altda yaşamaq güc olacaq. Gəncliyin nə vecinə bahardı, yoxsa, qışdı, Görəsən, qocaların taleyi nə olacaq...
2000, 1 may