Əsas məzmuna keç

Gəraylı

Görəndə

Aşıq Ələsgər

1

Köhnə yaram təzələndi Alagöz yarı görəndə. Canım odlara qalandı, Nazlı nigarı görəndə.

Qarşı gəldi qələm qaşdı, Ay qabaqlı, siyah saşdı, Huş dağıldı, ağlım çaşdı, Çeşmi-xumarı görəndə.

Qurbanıyam bu dilbərin, İncə bel, gümüş kəmərin. Könlü güldü Ələsgərin, Dürüst ilqarı görəndə.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.