Görən gözlərim
Lütfi-həqdən bihesab ehsanı görən gözlərim, Yüz otuz dörd evdə bir mehmanı görən gözlərim, Əynində dörd müxtəlif caməni görən gözlərim, Həm önündə dörd təam əlvanı görən gözlərim, Dostu iki, bihesab düşmanı görən gözlərim.
Fəzli-həq düçar olub,vəhdət şərabından içib, Silkinib dörd qanad ilə, ol məkanından uçub, Üç min iki yüz, yenə həm əlli pərdədən keçib, Tanrının fərmanı birlə bu iki gözün açıb, Axtarıban işbu sərgərdanı görən gözlərim.
Mində səksənin içində tapmışam şirin-şəkər, Üç min iki yüz yenə qırx bağı gəzdim sərbəsər, Bağbanından eşitdim bir əcaib xoş xəbər, Biri yeddi, biri beş dərya gər istərsən gövhər, Bəhr ilə handa (?), ərşdə kanı görən gözlərim.
Yüzdə on dörd dərvazədən çox çapıb gəzdim rəvan, Dörd bazarı gəzib, bir gövhəri aldım bigüman, Üç bölük əqrəb gəlib aldı dışımı qəfildən, Dörd budaqlı bir şəcərə qaçıban çıxdım rəvan, Şol dərəxt üstündə çox nemanı görən gözlərim.
Ey Fəraqi, ötdü ömrün, qılmadın yaxşı amal, Yol uzaqdır, yük ağır, tez vur qədəm, qılma xəyal, Yeddi yüz çırağı sən rövşən edib ələ sal, Əlli dörd pərli quşun uçsa kəmal yetməz mahal, Ol quşun çın yoldaşı imanı görən gözlərim.