Görək kim çıxacaq yaza bu qışdan
Gözüm su içmədi gəlhagəlindən, Çəkdim dönə-dönə cəza bu qışdan. Don vurar, qar basar, qırov üşüdər, Çəkməz gözlərini qəza bu qışdan.
Qışın gözü yaşlı, kirpiyi nəmli, Kimi dindirirsən könlü ələmli. “Bir mirzə lazımdı əli qələmli”, Boşalda qəlbini, yaza bu qışdan.
Dişini qıcayıb zamana, baxta, Axşamı ayazdı, səhəri şaxta. Kim ölə, kim qala, qismətə, baxta, Görək kim çıxacaq yaza, bu qışdan.
2007, 9 mart