Gördünmü?
Şəfəq salar gedər zülmət tünündə, Mənim sahibcamalımnı gördünmü? Bahar əyyamında, heyhat günündə, Mənim sahibcamalımı gördünmü?
Ənqa sifət, «haq!» deyibən uçan quş, Gecələr diridir, gündüzlər bihuş, Ridalı, cindəli, əyni xirqə puş, Mənim sahibcamalımı gördünmü?
Qan edibdir fələk bağrım fəraqda, Əlmüdam gəzərəm, dilim soraqda, Kəbə ətrafında, Şamda, İraqda Mənim sahibcamalımı gördünmü?
Hərəmdə, qıpçaqda, Çində-Maçində, Asmanın üstündə, ərşin içində, İqlim çevrəsində, fələk bürcündə Mənim sahibcamalımı gördünmü?
Aşiqlər ahında, Qülzüm dövründə, Qübbətül-islamda, Ceyhun bəhrində, Sidrə səhrasında, İsa şəhrində Mənim sahibcamalımı gördünmü?
Həzrət Əli etcək aləmə davı, Qafdan Qafa düşdü həzrətin çavı, Ya iqlim yiyəsi Əhməd Yəsəvi, Mənim sahibcamalımı gördünmü?
Məskən tutmuş qara dağın burnunda, Əlinin mülkündə, İsa yerində, Yerin arxasında, göyün qarnında Mənim sahibcamalımı gördünmü?
Məxdumqulu çəkər yarın qəmini, Gəzıb tapa bilməz ruyi-zəmini, Ya adı Cəbrayıl – haqqın əmini, Mənim sahibcamalımı gördünmü?