Əsas məzmuna keç

Qoşma

Gördüm a

Məxdumqulu Fəraqi

1

Əvvəla oldum fəna, darül-bəqanı gördüm a! Cümlədən biganə oldum, aşinanı gördüm a!

Çərx urub durdum tamami-suri-İsrafiləcə, Ərşi-kürşi tay urub, təxti-səranı gördüm a!

Cümlə səf-səf adamının xakinə qıldım təvaf, Həşt cənnətə varıban Adəm, Həvvanı gördüm a!

Altı min dəryanı uddum, dörd yüz qırx dörddən, Cəbrayılın yerini mən müntəhada gördüm a!

Həştdir cənnət ki varıb, cümləsi girən olar, Yanıb yürüyən həzaran rusiyahı gördüm a!

Təxti-hümmətə çıxıban ümmətim, vay, ümmətim, Sədqeyi-ruhi olan ol Mustafanı gördüm a!

Çarıyardan həzrəti Bubəkr, Osman, Ömər, Heydəri-səftər Əli − şiri-xudanı gördüm a!

Kərbəla dəştində can verən şəhidlər getdilər, Həm Həsənlə Hüseyni, Kərbəlanı gördüm a!

Qul Məxdum, ta pişva tapmaz, şəfayı tapmaz kişi, Ta ki mən bir pişva tapdım, şol şəfanı gördüm a!

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.