Əsas məzmuna keç

Qoşma

Gördüm

Məxdumqulu Fəraqi

1

Həqiqət dəftərin açdım, Bir yazılan tumar gördüm. Bu yurddan ol yurda köçdüm, Yurdunu ixtiyar gördüm.

Bir evdə var on iki can, Xoş gəlibsiz, əziz mehman, Bir süfrədə dörd isti nan, Üstündə yeddi nar gördüm.

Mustafaya indi varaq, Münkir olan − dindən iraq, Bir evdə var on iki çıraq, Dörd məşəl, bir yanar gördüm.

Bu dünyanın qırağında, Ağaclar bitmiş bağında Beş alma var budağında, Asılmış, bərqərar gördüm.

Məxdumqulu, nə fikrin var, Ömürdən keçdi ruzigar, Yetmiş iki sürü davar, Çobanı bir baxar gördüm.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.