Əsas məzmuna keç

Heca şeiri

Gördüm

Zəlimxan Yaqub

1

Bu nə qurğu, bu nə saat, şimşək kimi keçdi həyat, Arzularım oldu boyat, gedib ömrün çoxu, gördüm. Əldən getdi ömrüm-günüm, unuduldu toy-düyünüm, Ərşə çıxdı ahım-ünüm, var axtardım, yoxu gördüm. Toyundan çox oldu vayı, göz yaşına döndü çayı, Çəkildi fələyin yayı sinəmdədi oxu, gördüm. Zaman axdı sular kimi, döndü bir göz qırpımına. Əlli ili yaşamadım, elə bil ki, yuxu gördüm.

2001, 15 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.