Əsas məzmuna keç

Heca şeiri

Gördüm

Zəlimxan Yaqub

1

Yaz ötüb, payız keçib, Atamı qışda gördüm. Vədəsiz yağan qarı, Kirpikdə, qaşda gördüm.

Gözü çəndə, dumanda, Dili ahda, amanda. Ömrü axır zamanda, Könlü təlaşda gördüm.

Aylar niyə tələsdi, İllərin nəydi qəsdi?! Əllər titrədi, əsdi, Günahı yaşda gördüm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.