Əsas məzmuna keç

Qoşma

Görcək, rəsul

Məxdumqulu Fəraqi

1

Düşdü bir xoşluq cahana nüsrətin görcək, rəsul, Sərnəgun oldu sənəmlər ləmatın görcək, rəsul, Külli aləm oldu iqrar sünnətin görcək, rəsul, Rahi-zülmət oldu rövşən ayətin görcək, rəsul, Tapdı duzəxdan aman kim, söhbətin görcək, rəsul

Sən ki gəldin dünyayə, bütlər oluundu sərnəgun, Artdı islam şöhrəti, kafirlər oldu həm zəbun, Həm Əbubəkr, Ömər, Osman çü olğac rəhnəmun, Oldu kafir zid sənə, oldu mükirin möminun, İki dünya oldu xoşnud rəhmətin görcək, rəsul.

Hörmət ilə həqq səlam verən Səfiulla kimi, Aləmi qərq eyləyən Nuhi-nəbiulla kimi, Göydə günə yar olan İsa bəriuhulla kimi, Neçə min peyğəmbər ol Musa kələmulla kimi, Qaldılar heyrətdə lövlək xilqətin görcək, rəsul.

Ol şəbi-merac xəbər yetcək sənə məşuqdan, Ərşü fərş olmuş təcəlli çün munun tək şövqdən, Bu mükərrəblər bəsi bibəhrədirlər bu zövqdən, Həm büsati-qürb üzə vardın, oturdun fövqdən, Qoydu diş varmaqda bunlar qürbətin görcək, rəsul.

Dövri-sabiqdə ötənlər, yar, camalın çün ənin, Gərdişi saniyə qalan müqtəkiddirlər yəqin, Qulluğunda gün, xəcalət içrə qalmış həm zəmin, Həm fələk üzrə mələklər dedilər «səd afərin», Bu məqami-əla ilə hümmətin görcək, rəsul.

Ya həbiba, eşqin ilə təndə canım suz edə, Gün üzün həq döndərə bir ayrı leyl-ruz edə, Ertə məhşər aləm əhlin yüz iyirmi güz edə, İstəsə narü sağar ümmətlərin məhuz edə, Dəf ola narü cəhənnəm heybətin görcək, rəsul.

Həmdinə dil qısadır ərşü fərşlər ağladı, Bidəhanü bizəban odlar, ağaclar ağladı, Əşki-abın coşdurub, bu dağü daşlar ağladı, Yeddi gün Kəbə dışında qurdü quşlar ağladı, Söyləyər Məxdumqulu, bu firqətin görcək, rəsul.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.