Əsas məzmuna keç

Gəraylı

Gizlənib

Zəlimxan Yaqub

1

Ürəyimdə neçə-neçə Yas qarıyıb, vay gizlənib. Himə bənddi, gözlərimdə Neçə çeşmə, çay gizlənib.

Ürəyimi kimə açım? Dərd əlindən hara qaçım? Duman qoymur işıq saçım, Buludumda Ay gizlənib.

Dağlar altda nələr yatır, Yatır, dağ-dərələr yatır. İçimdə nərələr yatır, Ruhumda haray gizlənib.

2000, 7 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.