Əsas məzmuna keç

Qoşma

Gileyli dostuma

Zəlimxan Yaqub

2

Küsmə təbiətin şıltaqlığından, Duman bu dağlardan getmir, getməsin. Torpaq yanımızda, su yanımızda, Əlimiz bir yana yetmir, yetməsin.

Cana dərd eləmə çəni, dumanı, Nə ahı yaxın qoy, nə də amanı. Mən sazı götürüm, sən də kamanı, Bülbül özü bilər ötmür, ötməsin.

Əgər ağıl varsa, başın içində, Diləklər gül açar daşın içində. Zəlimxan yaz tapar qışın içində, Tək arzu tükənib, ömür bitməsin!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.