Gəzəmək ilən
Yetmiş yaşlı qardaş, əl vurma yaya, Oxun dolu keçməz gəzəmək ilən, Güvənmə kəsəkdən qurulan öyə, Kəsək bina tutmaz düzəmək ilən.
Adəmzaddan çıxar adamlıq işi, Qəlp adamın nə qızılı, nə misi, Möminə azardır adamın pisi, Dönüb, dava edər duz-çörək ilən.
Uzaq yola bidövləti baş etmə, Allahın əmrindən könlün dış etmə, Axmağa sir verib, sirrin faş etmə, Xəlbirdə su durmaz gözəmək ilən.
Dost tutma qocalmış kosa xəsisi, Vara yox deyəcək, boşdur kisəsi, Birivar boş etsə ağlın kasasın, Nə fayda dışından bəzəmək ilən.
Əvvəl, Məxdumqulu, özünü düzət, Xalq dünya dersə, sən məhşərə göz et, Az yegil, az yatgil, sözünü az et, Nə var mənasız söz uzamaq ilən.