Əsas məzmuna keç

Heca şeiri

Getsin, gəlməsin

Zəlimxan Yaqub

1

Ağrılı günləri mən görməsəm də, Duymuşam anamın çəkdiyi qəmdə. Demişəm sözümü elə o dəmdə – O aylar, o günlər getsin, gəlməsin! O dağlar, düyünlər getsin, gəlməsin!

Gedənlər qırılıb, yarı gəlməyib, Evin yaraşığı, varı gəlməyib, Gör neçə gözəlin yarı gəlməyib, O nakam məhəbbət getsin, gəlməsin! O kədər, o həsrət getsin, gəlməsin!

Eh oğulsuz ata, qardaşsız bacı, Dəyib qəlbinizə min ağrı-acı. Bir də görünməsin qoltuqağacı, 41-in havası getsin, gəlməsin, 41-in davası getsin, gəlməsin.

1971, 15 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.