Əsas məzmuna keç

Qoşma

Getməzmiş

Məxdumqulu Fəraqi

1

Ellər hey, Məcnun dağının Sərindən duman getməzmiş, Münkirə bilik verməyin, Könlündən güman getməzmiş.

Qoyuna dost olmaz qurddan, Dilək etmə hər namərddən, Ta ölüncə qoç igiddən Mizraq, tir, kaman getməzmiş.

Qafil adəm oğlu, bilməz, Ölümünü yada salmaz, Malın-mülkün israf qılmaz, Yanından iman getməzmiş.

Zamana yaxın gələndə, Yeri, göyü su alanda, Allahdan qeyri öləndə, On səkkiz məkan getməzmiş.

Yer ilə göydən qüvvətli, Ol Əzrayıldən heybətli, Beş kişinin, Harış adlı Önündən ilan getməzmiş.

Aşiqlər tərki-can etsin, Gözdə yaşın rəvan etsin, Qoç igidlər ehsan etsin, Ehsanı rəvan getməzmiş.

Məxdumqulu, qaldın dərdə, İşin düşəndən namərdə, Məhşər günündə ol mərdə, Duzəxdən ziyan yetməzmiş.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.