Getmək
Təam ləzzətin alar Dəhanından diş getmək, Abırsızı azdırar Çoxlu dövlət, baş getmək.
Şeytan yolun bəy eylər, Qara üzün ağ eylər, Yüz min günah yox eylər, Səhər gözdən yaş getmək.
Piltəsiz yağ çırağa, İşıq salmaz qırağa, Elin salar ayağa, Ayaq qalıb, baş getmək.
Neçə pisə zar olub, Yatsan yey bimar olub, Xoş yaxşıya yar olub, Bir yamandan dış getmək.
Heç düşməyənlər qəmə, Şükr etməzlər xoş dəmə, Nə gözəldir adəmə Yaxşı gəlib, xoş getmək.
Yaman dil yol itirər, Yaxşı rəhmət gətirər, Ərə qayğı artırar Qırxdan aşıb, yaş getmək.
Fəraqi, dünya düşdür, Düş görsən, dibi heçdir, Cahanda yaman işdir, Quru gəlib, boş getmək.