Əsas məzmuna keç

Qoşma

Getmə, amandı

Aşıq Ələsgər

1

Gözəllər sultanı, mələklər şahı, Alagöz cananım, getmə, amandı! Dərdindən xəstəyəm, çəkirəm ahı, Ölürəm, loğmanım, getmə, amandı!

Camalın göyçəkdi bayram ayından, Görən doymaz qamətindən, boyundan. Layiq deyil qurban kəsim qoyundan, Sənə qurban canım, getmə, amandı!

Sən mələkzadəsən, ay mina gərdən, Görənin ağlını alırsan sərdən. Kəsmə iltifatın qul Ələsgərdən, Kərəmli sultanım, getmə, amandı!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.