Əsas məzmuna keç

Qoşma

Getmə

Zəlimxan Yaqub

1

Ora cəhənnəmdi, qaynar cəhənnəm, Basma ayağını ah-zar yerinə. Gedərsən, sağalmaz ağrı taparsan, Getmə dərd yerinə, azar yerinə.

Mən dolu bir ürək, sən gözəl pəri, Gözəllik burdadı, bəri bax, bəri. Fırıldaq dünyanın alverçiləri, Qoy səni çəkməsin bazar yerinə.

Ver mənə, qoy qalsın ah-nalə məndə, Axsın göz yaşından şəlalə məndə. Nə qədər dərdin var, dəfn eylə məndə, Qazsınlar sinəmi məzar yerinə.

2004, 28 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.