Əsas məzmuna keç

Qoşma

Getmə

Zəlimxan Yaqub

1

Suya toxundursam, su yuyar, gedər, Getmə, əllərimin xınası, getmə. Qorxuram dumanda itib-batasan, Getmə, göylərimin durnası, getmə.

Bilmirəm tanrısan, yoxsa bir bəşər, Şair qismətinə gözəllər düşər. Gedərsən, gözümdə göllər titrəşər, Getmə, göllərimin sonası, getmə.

Keçilməz sədd olar, aşılmaz hasar, Qəm bir qapaz olub başımdan basar. Ləpələr kükrəyər, dalğalar susar, Getmə, sevincimin dəryası, getmə.

Odlanan ürəyim, nurlanan üzüm, Çağlayan ilhamım, sellənən sözüm. Axşamım, səhərim, gecəm, gündüzüm, Getmə, həyatımın mənası, getmə.

2001, 24 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.