Getmə
Dayan, zaman, dayan vaxt, Su kimi axıb getmə. Gurla, şimşəyim gurla, Bir anda çaxıb getmə.
Ruha süzül, qəlbə ax, Günəş kimi oda yax. Baxırsan, əbədi bax, Ötəri baxıb getmə.
Mən zərrə, sən Kainat, Səninləyəm hər saat. Ey gözəllik, ey həyat, Məni buraxıb getmə!