Əsas məzmuna keç

Qoşma

Gətirrəm

Zəlimxan Yaqub

1

Mən dağda, sən düzdə – bu ola bilməz, Enib, dağ eşqimi düzə gətirrəm. Ayrılıq aranı kəsmək istəsə, Bir yola, ərkana, izə gətirrəm.

Gözəllik gəl deyir, gözümü yığım, Bir yerə, bir ömrə mən necə sığım. Yüz yerdə gül açsa bəxtim, varlığım, Yığıb hamısını sizə gətirrəm.

Gələrəm, çəkilər duman da, çən də, Xoş xəbər yetirər özünü kəndə. Yüzillik həsrəti, bərkə düşəndə Bir günün içində dizə gətirrəm.

1976, 4 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.