Əsas məzmuna keç

Qoşma

Gətirrəm

Zəlimxan Yaqub

1

Qəlbindən keçəni gizlətmə məndən, Nə desən, gözümün üstə, gətirrəm. Bir gülün eşqinə min gül bağlaram, Dərib çiçəkləri dəstə gətirrəm.

Axtarıb dayazı, gəzib dərini, Seçib gövhərini, tapıb zərini, Dünyanın ən gözəl nəğmələrini, Zildə haraylaram, pəsdə gətirrəm.

Haqqın peyğəmbəri dindən ötrüdü, Tanrının tarlası dəndən ötrüdü, Allah nə veribsə, səndən ötrüdü, Mən də öz sevgimi səsdə gətirrəm.

Gözüm nura baxar, könlüm işığa, Zəlimxan heyrandı bu yaraşığa. Çevrilləm ozana, dönnəm aşığa, Dünyaya təzə bir bəstə gətirrəm.

1998, 16 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.