Gətirərsən
Sən dağa gedirsən, mən arandayam, O dağdan arana sel gətirərsən. Bir gözəl saçından üç tel ayırıb, Sazın zil səsinə tel gətirərsən.
Duyub ürəyinlə, baxıb gözünlə Mənim ruhumu da gəzdir özünlə. Uzadıb ömrümü şirin sözünlə İllərin üstünə il gətirərsən.
Xoşdu Zəlimxana dumanı, çəni, Dağların nəfəsi yaşadar məni. Mənim dodağımla öpüb çəməni, Gələndə bir dəstə gül gətirərsən.
1972, 17 oktyabr