Gətirər
Şair üçün masa – səngər, qələm – silah, Qeyrət ona bükülməyən diz gətirər. Fikir-xəyal, söz dalınca qaçan ovçu, Göydən yerə söz endirər, söz gətirər. Gedər çıxar Yaradanın dərgahına, Vergi adlı bir ocaqdan köz gətirər. Halal ilham çirk götürməz halal süddür, Harda olsa qaymaq tutar, üz gətirər.
2005, 25 iyul