Əsas məzmuna keç

Heca şeiri

Getdilər

Zəlimxan Yaqub

2

Göllər sonalandı, Əllər xınalandı, Sevdilər, sevildilər, Ömür-gün mənalandı.

Oldular oğul-uşaqlı, Oldular köklü-budaqlı. Sükut getdi, həyat gəldi, Oldular səsli-soraqlı.

Ağrı dəlik-dəlik gəldi, Babalıq, nənəlik gəldi. Babalığa, nənəliyə Əsa gəldi, çəlik gəldi.

Yarpaq budaqdan ayrıldı, Nəğmə dodaqdan ayrıldı. Söndü gözlərdə qəndillər, Şölə çıraqdan ayrıldı.

Yandı qəlbin yağı çıxdı, Aş altından ağı çıxdı. Hər laylanın qarşısına, Bir amansız ağı çıxdı.

Çağdan bir çağa getdilər, Bükülüb ağa getdilər. Bu torpaqdan çıxmışdılar, Yenə torpağa getdilər.

2009, 28 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.