Getdi
Bu dünya hiyləgərdir, Hiyləsin çaldı getdi. Gümrah etdi neçəni, Yoldaş tək aldı getdi.
Aqil, fikir et haçan, Yüz qonan var, yüz köçən, Taxtı asmandan uçan Süleyman öldi getdi.
Ya mürüvvətli şahım, Ümidim, qibləgahım, Bunca yığdı İbrahim Neçə nan aldı getdi.
Ciyərin dağlar-dağlar, Zünnarın bağlar-bağlar, Neçələr ağlar-ağlar, Neçələr güldü getdi.
Neçələr gülə dönmüş, Gül yanmış, külə dönmüş, Neçələr quma dönmüş, Neçələr soldu getdi.
Qalarsan gorda bağlı, Bəlli bir yurda bağlı, Bihudə, adəm oğlu, Yığarsan, qaldı getdi.
Axmaqlıq ilən özüm, Bilməz, sözlərəm sözüm, Məxdumqulu der, gözüm Qan-yaşa doldu getdi.