Getdi
Günəş bir öpüş aldı, Buzlar əridi getdi. Baxışların odunda Nazlar əridi getdi.
Gözdə od, kirpikdə nəm, Canda dərd, ürəkdə qəm, Yandırdı “Yanıq Kərəm”, Sazlar əridi getdi.
Gün doğdu, yaza baxdı, Aşiqlər saza baxdı. Oğlanlar qıza baxdı, Qızlar əridi getdi.
2006, 16 oktyabr