Getdi
Addadı gül fəsli, gəldi zimistan, Xəzan oldu, bağlar soldu da getdi. Şeyitbazlıq edib, şərab içənlər, Canını odlara saldı da getdi.
Ribanı-sələmi halal bilənlər, Orucdan, namazdan kənar olanlar, Məhşər günü üzü qara gələnlər, Nari-cəhənnəmə daldı da getdi.
Zülm ilə enməz haqdan ucalan, Yüksələr fəqirin qeydinə qalan, Hər kim çuğul oldu, söylədi yalan, Şeytan imanını aldı da getdi.
Aldanıb dünyanın cah-cəlalına, Haram qarışdıran öz halalına, Xəyanət eyləyən qonşu malına, Haqqın divanında qaldı da getdi.
Sol əldə kağız var, sağ əldə qələm, Bir yanda nəşə var, bir yanda ələm, Ələsgər tək şirin zəban, xoş kəlam, Bivəfa dünyaya gəldi də getdi.