Əsas məzmuna keç

Qoşma

Gərəkməz

Məxdumqulu Fəraqi

1

Fələk, mənə mal verərsən, ol gənci-kan gərəkməz, Gözəl yarımı görməsəm, fani-cahan gərəkməz.

Bağa girib neyləyim mən, coş uran ənbərini, Bülbülüm yesir qılıbsan, gözəl reyhan gərəkməz.

Elim-günüm xari-zardır, gəlsin dövlət ləşkərin, Dini təklif eyləyirsən, əcəb Quran gərəkməz.

Bizin elin şah-gədası, fələk, sənə yük olar, Hər kəs özünə sultandır, xanu sultan gərəkməz.

Bu zəmini lərzan qılıb, asman, cünbüş eylədin, Axır zaman sarı yürdün, mahi-taban gərəkməz.

Məclis qılar oldu bu gün el-günümün varısı, Gəlməyənsən, sər qoşub(san), bizə mehman gərəkməz.

Qılgil ömrümüzü ziyad, qeyri nərsə istəməm, Bu əcaib çağlarımda əcəl-peyman gərəkməz.

Çərx üstündə bina qılıb, bizləri sən cayladın, Qail olay bu cayına, amma gərdan gərəkməz.

Daim ömrüm ötürəyim, verən bahar fəslində, Asudədir şeyda bülbül, bizə xəzan gərəkməz.

Namərdləri dış eyləgil bu məclis ətrafından, Ər igidlər sərxoş olar, namərd-zənan gərəkməz.

Hər kimə sən bəxş edibsən, yaxşı-yaman bir gülü, Ol güllərdən qeyri bizə sahibcanan gərəkməz.

Məxdumqulu, sən sözləgil − dedi qoçlar məclisi, Sən göftarsan bu məclisdə, qeyri dastan gərəkməz.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.