Gərəkdir
Mənəm deyən qoç igidə, Bir münasib yar gərəkdir. Döyüş günü ərəb atı, Almaz Zülfüqar gərəkdir.
İgid oldur – yurd üstündə, Canın verə din üstündə, Qoç igidlər el üstündə, Namus ilən ar gərəkdir.
Beş gün könül xoş etməyə, Süfrə açıb, nan tökməyə, Hörmət alıb, ad etməyə, Əllərində var gərəkdir.
Məkkə varan olar hacı, Ayrılıq ölümdən acı, Qoç igidə din qılıncı, Aşiqə didar gərəkdir.
Artırmada fələk zarın, Alıb əldən ixtiyarın, Məxdumqulu, sevər yarın, Siyah zülfü tar gərəkdir.