Əsas məzmuna keç

Qoşma

Gərək

Məxdumqulu Fəraqi

1

Nə bəlasan, adəmzad, Çılpaq doğdun, don gərək, Ağ süd əmdin, böyüdün, Ağlayırsan, nan gərək.

Atan xoşnud olmağa, Anan mehrin salmağa, Yeddində din bilməyə, Oxuya Quran gərək.

Əgər seçsən dilbəndin, Bərkiyər belin, bəndin, On beşdə arzuməndin, Qız gərək, cüvan gərək.

Cüvan tapdın qucmağa, Eyşi-işrət açmağa, Sonra yeyib-içməyə, Bir tükənməz nan gərək.

Könlün incidib xəlqin, Xoşnud etsən öz xülqün, Rum, Firəng olsa mülkün, Hənüz «azdır», kan gərək.

Yatsan döşəkdə bimar, İsti etməz malu kar, Zər töksən xalvar-xalvar, Gözə gəlməz, can gərək.

Dua ilə ər göyər, Yağmir ilə yer göyər, Ər oldur – alqış alar, Yerlərə varan gərək.

Əcəl gələr rəydə yox, Görmək ildə, ayda yox,

Heç bir zaddan fayda yox, Bir nuri-iman gərək.

Məxdumqulu, sözləyən, Neçə məxfı gizləyən, Bir məna fəhm eyləyən, Ağıllı yaran gərək.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.