Əsas məzmuna keç

Gəraylı

Gəlsin

Aşıq Ələsgər

1

Gedin deyin o gəlinə: Ölürəm, yanıma gəlsin. Gəlsə, bəlkə, tapam şəfa, Batmasın qanıma gəlsin!

Dəryada çox olar balıq, Mətləbini versin xalıq. Çit tuman, atlaz arxalıq Yar geysin, yanıma gəlsin!

Dəryaların adası var. Ələsgərin sədası var. Mərdin nə ki qadası var, Namərdin canına gəlsin!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.