Əsas məzmuna keç

Qoşma

Gəlsin

Aşıq Ələsgər

1

Hər kəs sərdən keçib mərdü mərdan, Baş qoysun bu yolda, meydana gəlsin! Dərya dilim dalğa vurdu, bulandı, Qərq olmaq istəyən ümmana gəlsin!

Dayansın qarşıda, gətirsin tabı, Ayılsın qəflətdən, unutsun xabı, Sualıma dərhal versin cavabı, Gətirməsin üzr, bəhana, gəlsin!

Ələsgərəm, mən tutaram bu bəhsi, Hardan çıxdı abi-həyat çeşməsi? Neçə fərdi ismi-əzəm duası? Zikr eyləsin dildə nişana, gəlsin!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.