Əsas məzmuna keç

Qoşma

Gəlsə

Məxdumqulu Fəraqi

1

Dünyada neçə iş vardır, yamandır, Biri ol kim, yersiz qəhri coş gəlsə, Aşiqə hər bir gün axır zamandır Yardan iraq düşüb, ara dış gəlsə.

Dostunu əyləmə, nəfdən qalmasın, Düşməni saxlama, sirrin bilməsin, Acda alğın, bəyə vergin olmasın, İş müşküldür, anlamaza tuş gəlsə.

Zəmin səni diri-diri udarmı, Aqil böylə yerdə biqəm yatarmı, Heç bir masqaralıq bundan ötərmi, Gedən quru getsə, gələn yaş gəlsə.

On qat öyün olsa dəmir qaladan, Əcəl tapar, əmr olsa Allahdan, Əsil kişi üz döndərməz bəladan, Haq rizası ilə başa daş gəlsə.

Sofuyam der, laf vurarlar yalandan, Mənasını soruş bəlli biləndən, El gözüncə yüz il taət qılandan, Yaxşıdır bir səhər gözdən yaş gəlsə.

Məxdumqulu, söylə ağlın yetincə, Qiyamətin qazan, bekar yatınca, Tamudadır ta dünyadan ötüncə, Yaman xatın yaxşı ərə tuş gəlsə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.