Gəlmişəm mən sənin ziyarətinə
Udduğum havaynan, içdiyim suynan, Dəli bir ümidnən, şirin arzuynan, Gəlmişəm mən sənin ziyarətinə.
Qoşa qanad kimi qollarını aç, Dərdimə dərman ol, ağrıma əlac, Gəlmişəm mən sənin ziyarətinə.
Bütün məbədlərdən səni baş bilib, Kəbənin köksündə qara daş bilib, Gəlmişəm mən sənin ziyarətinə.
Sevginlə könlümü gəl qarət eylə, Bir möcüzə göstər, bir qeyrət eylə. İlahi sovqatı təbəssümünlə, Məni də bir parça ziyarət eylə, Gəlmişəm mən sənin ziyarətinə.