Gəlmişəm
Bu dünyada bişmək üçün dünyaya xamdan gəlmişəm, Sevgi adlı bir butayam, eşq adlı camdan gəlmişəm.
Yarım atam, yarım anam, bütövləşib bir can olub, Mən yarımçıq olmamışam, bütövdən, tamdan gəlmişəm.
Haqqa doğru gedənlərdi uzaq yolun yolçuları, Mövlananın səcdəsinə Şəms olub, Şamdan gəlmişəm.
Məni belə güclü edən güvəndiyim “Ənəlhəqq”di, Həqiqətlər vurğunuyam, Haqqa inamdan gəlmişəm.
2004, 4 noyabr