Əsas məzmuna keç

Qoşma

Gəlmisən

Zəlimxan Yaqub

2

Qardaş, söylə görüm İranda nə var, Eşitdim o yerdən təzə gəlmisən. Sənə bu yaşında gözəllər baxıb, Bir qız baxışında gözə gəlmisən.

Gözəllər əlindən alıb tabını, Çəkiblər məclisdə haqq-hesabını. Geyinə bilməyib ayaqqabını, Dönüb ayaqyalın bizə gəlmisən.

Ağıllı tərpənib tədbir tökənlər, Yaxanı çırmayıb yaxa sökənlər, Üzünü görməyib şallaq çəkənlər, Mey içib, dilində məzə gəlmisən.

Arifə qurbandı şairin canı, Gəl dostu-düşməni yaxından tanı. Dostumuz Nurəddin verib fitvanı, Zəlimxan dilində sözə gəlmisən.

2008, 20 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.