Əsas məzmuna keç

Qoşma

Gəlməzmi

Məxdumqulu Fəraqi

1

Fələk, sənin bu dövlətli gərdanın Bizə sarı çevrilməzmi, gəlməzmi? Leşin yerə saldın neçə mərdanın, Zəmin insaf eyləməzmi, dolmazmı?

Dünya, sənin at işləməz gərdişin, Qızıl qandan qırmız olubdur dişin, Keçi-qurd dostluğuna bənzər edişin, Qəmli şad olmazmı, ağlar gülməzmi?

Oraqsız biçərsən, tiğsiz kəsərsən, Yumruqsuz əzərsən, ipsiz asarsan, Əl-ayaqsız bir bixəbər basarsan, Yıxan basar yatar, dönüb gəlməzmi?

Fələk səni udar vuruşsan, söysən, Gövdəni götürüb, qanadın yaysan, Bu zülmü bir şəxsin boynuna qoysan, Qorxusundan saralmazmı, solmazmı?

Məxdumqulu, hər səhərdən, səbadan, Xali olma bu nalədən, duadan, Bütpərəstlər bütdən alsa muradın, Haqdan dilək diləyənlər almazmı?

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.