Əsas məzmuna keç

Heca şeiri

Gəlməz

Zəlimxan Yaqub

1

Bir fürsətdi ömür-gün, Getdisə, daha gəlməz. Heç bir şeyin qiyməti, İnsandan baha gəlməz.

Həmi qışdı, həmi yaz, Həm dərindi, həm dayaz. Ahı ölçüyə sığmaz, Ölçüsü aha gəlməz.

Min-bir sual bitirsən, Min-min cavab yetirsən, Nəyi izah edirsən, İnsan izaha gəlməz.

2010, 13 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.