Əsas məzmuna keç

Gəraylı

Gəlmədi

Aşıq Ələsgər

1

Yaralandım yar əlindən, Gözlədim yarı, gəlmədi. Məxmər köynək, qızıl kəmər Heç bizə sarı gəlmədi.

Mən yazıq çəkdim cəfanı, Müxənnət sürdü səfanı. Görürsənmi bivəfanı, Kəsdi ilqarı, gəlmədi.

Ələsgərəm, mən neylədim, Dosta müdam "can" söylədim. Yolunda qurban eylədim Bu külli-varı, gəlmədi.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.