Əsas məzmuna keç

Heca şeiri

Gəlir

Zəlimxan Yaqub

1

Qızıl qanı tökülən qan tökənlə barışmaz, Ovçulara nifrəti vurduğu ovdan gəlir. Ən dəhşətli ağrının qəmli səsi, sədası Zillət çəkən əsirdən, sınmış girovdan gəlir. İnsan zərbə yedikcə dönür oda, atəşə, Qəfil çıxan qığılcım çaxmaqdan, qovdan gəlir. Könlümüzün göynəyi, qəlbimizin ağrısı Saçımıza tökülən qardan, qrovdan gəlir!

2009, 18 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.